Tacir.
Bazar sözündən yaranıb.
Könül, sənə vəsfi-halım söyləyim,
Yarəb, bu dünyada necolur könlüm?
Hərdən dərviş olur, hərdən dilənir,
Hərdən bəzirgandan xac olur könlüm.
(“Əmrah”)
*
Ay ariflər, heç kəs yalqız olmasın,
Yalqız işə daşdan divar deyərlər.
Bəzirgansan, aç matahın, xird eylə,
Ararlar, yükündə nə var deyərlər?
(“Aşıq Alı və Əsmər xanım”)
*
Buxaranın fitnəkarı bəzirgan,
Sayat bəyin sövdagarı bəzirgan.
Səyalının sehrikarı bəzirgan,
Bu gəlməmiş, boynu sınmış bəzirgan.
(“Sayat bəy-Səyalı xanım”)